Daha bir yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib
Bakı, 27 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları həm yerində baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində təhlillər aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, piyadaların təhlükəsiz hərəkətini təmin etmək və baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün Məmmədli dairəsindən bir neçə metr irəlidə, Zabrat şosesi istiqamətində avtomobillərin rahat sola dönməsi üçün işıqforun yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla yanaşı, qarşıda piyadalar üçün piyada seksiyası ilə təchiz olunmuş işıqfor quraşdırılıb. Görülən işlər nəticəsində qeyd olunan yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib.
“Yaşıl gələcək bizim gözümüz ilə" adlı fotomüsabiqə keçirilir
Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək
İrlandiyada yaşayan azərbaycanlı: Fəxri konsulun təyin edilməsi qürurverici və mühüm addımdır VİDEO