×
A
A
A
Sazlamalar

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 694 (Cild I) ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.10-cu bənddə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;
1.2. 2.11-ci, 2.14-cü və 2.15-ci bəndlərdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
1.3. həmin Qaydaya 3 nömrəli əlavə - “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqənin nəticələri haqqında müsabiqə komissiyasının protokolu”nun 3-cü hissəsində “kütləvi informasiya vasitəsinin” sözləri “media subyektinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1224 (Cild I) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın 6.2-ci bəndində “KİV-də” sözləri “mediada” sözü ilə əvəz edilsin.
3. “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” üzrə:
3.1.1. 8.1.28-ci yarımbənddə, 16-cı hissənin adında, 16.1-ci bənddə, 16.4-cü bəndin ikinci cümləsində, 16.5-ci və 34.7-ci bəndlərdə “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin;
3.1.2. həmin Qaydalara 15 nömrəli əlavə - “Həbs edilmiş şəxslər üçün nümunəvi gün bölgüsü”ndə “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 4.2-ci bəndində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə, 10.4-cü bəndin ikinci cümləsində “verilişinə” sözü “proqramına” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli 265 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 896 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsi”nin 1.4-cü bəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
5. “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respub-likasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 avqust tarixli 279 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 965 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Qərarla təsdiq edilmiş “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyət-lərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası” üzrə:
5.1.1. 1.1-ci bənddə “kütləvi informasiya vasitələri (bundan sonra - KİV)” sözləri “media” sözü ilə əvəz edilsin;
5.1.2. 1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“1.2. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər.
1.3. Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır.”;
5.1.3. 1.4-cü və 4.4-cü bəndlərdə “KİV” akronimi “Media subyektinin idarəetmə orqanının” sözləri ilə əvəz edilsin;
5.1.4. 2.1-ci bənddə və 2.1.1-ci yarımbənddə “KİV” akronimi “media subyekti” sözləri ilə əvəz edilsin;
5.1.5. 2.1.1.1-ci yarımbənddə “KİV” akronimi “Media subyektinin idarəetmə orqanının” sözləri ilə əvəz edilsin;
5.1.6. 2.1.1.5-ci yarımbənddə “və xidməti vəsiqələrinin” sözləri “və jurnalist vəsiqələrinin (jurnalist olmayan əməkdaşların xidməti vəsiqələrinin)” sözləri ilə əvəz edilsin;
5.1.7. 2.1.1.6-cı yarımbənddə “KİV orqanının” sözləri “Media subyektinin” sözləri ilə əvəz edilsin;
5.1.8. 2.1.2-ci yarımbənddə “KİV” akronimi “media subyekti” sözləri ilə əvəz edilsin;
5.1.9. 2.1.3-cü yarımbənddə “KİV” akronimi “media subyekt-lərinin” sözləri ilə əvəz edilsin;
5.1.10. 2.1.3.1-ci yarımbənddə “KİV” akronimi “media subyek-tinin” sözləri ilə əvəz edilsin;
5.1.11. 3.1-ci bənddə “Yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları” sözləri “Media subyektlərinin Media Reyestrinə daxil edilmiş jurnalistləri” sözləri ilə, “KİV” akronimi “media subyektlərinin” sözləri ilə əvəz edilsin;
5.1.12. 3.3-cü bənddə “KİV” akronimi “Media subyektlərinin” sözləri ilə əvəz edilsin;
5.1.13. 3.3.4-cü yarımbənddə “dövri mətbu nəşr” sözləri “çap mediası subyekti” sözləri ilə əvəz edilsin;
5.1.14. 3.3.5-ci yarımbənddə “internet informasiya ehtiyatı” sözləri “onlayn media subyekti” sözləri ilə əvəz edilsin;
5.1.15. 3.7-ci bəndin ikinci cümləsində “KİV-in” sözləri “Media subyektinin” sözləri ilə əvəz edilsin;
5.1.16. 3.8-ci bənddə “KİV” akronimi “Media subyektlərinin” sözləri ilə əvəz edilsin;
5.1.17. 4.1.2-ci yarımbənddə (ikinci halda) “şərəf və ləyaqətini” sözləri “işgüzar nüfuzunu” sözləri ilə əvəz edilsin;
5.1.18. 4.1.3-cü yarımbənddə “KİV” akronimi “Media subyekti” sözləri ilə əvəz edilsin;
5.1.19. 4.1.7-ci yarımbənddə “KİV-in” sözləri “Media subyek-tinin” sözləri ilə əvəz edilsin;
5.1.20. 4.2-ci bənddə “KİV” akronimi “Media subyektlərinin” sözləri ilə əvəz edilsin;
5.1.21. 4.2.3-cü yarımbənddə “KİV-lə” sözləri “media subyekti ilə” sözləri ilə əvəz edilsin;
5.1.22. 4.2.4-cü yarımbənddə “KİV-in” sözləri “Media subyek-tinin” sözləri ilə əvəz edilsin;
5.1.23. 5.1-ci bəndin birinci cümləsində birinci halda “KİV” akronimi “Media subyektlərinin” sözləri ilə, ikinci halda “KİV” akronimi “media subyektinin idarəetmə orqanının” sözləri ilə əvəz edilsin;
5.1.24. 5.2-ci bənddə “KİV” akronimi “media subyektinin” sözləri ilə, “KİV orqanı” sözləri “media subyekti” sözləri ilə əvəz edilsin;
5.1.25. 5.3-cü bənddə “KİV” akronimi “Media subyektinin” sözləri ilə əvəz edilsin;
5.1.26. 5.4-cü bəndin birinci cümləsində “KİV” akronimi “Media subyektlərinin” sözləri ilə əvəz edilsin;
5.1.27. 5.5-ci bənddə “KİV” akronimi “media subyektlərinin” sözləri ilə əvəz edilsin;
5.1.28. 5.6-cı bənddə (hər iki halda) “KİV” akronimi “media subyektinin” sözləri ilə əvəz edilsin;
5.1.29. 5.7-ci bənddə “KİV” akronimi “media subyektlərinin” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qaydaya 1 nömrəli əlavə - “AKKREDİTƏ ÜÇÜN ANKET FORMASI”nda “KİV” akronimi “media subyektinin” sözləri ilə, “KİV-DƏKİ” sözləri “Media subyektində” sözləri ilə, “KÜTLƏVİ İNFORMASİYA VASİTƏSİ (VASİTƏLƏRİ)” sözləri “MEDİA SUBYEKTLƏRİ” sözləri ilə əvəz edilsin;
5.3. həmin Qaydaya 3 nömrəli əlavə - “AKKREDİTƏ KARTLARI VERİLMİŞ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ NÜMAYƏN-DƏLƏRİNİN QEYDİYYATI”nın adında “KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ” sözləri “MEDİA SUBYEKTLƏRİNİN” sözləri ilə, mətnində ismin müvafiq hallarında “KÜTLƏVİ İNFORMASİYA VASİTƏSİ” sözləri ismin müvafiq hallarında “MEDİA SUBYEKTİ” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 236 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 969 (Cild I) ilə təsdiq edilmiş “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi”nin 3.1.9-cu yarımbəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 noyabr tarixli 435 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1379) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası”na əlavə - “Tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilənin Nümunəvi Forması”nın 3.4.5-ci yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 26 fevral 2024-cü il

№ 105

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2024-02-27 15:03:00