×
A
A
A
Sazlamalar

Pakistanın şimal-qərbində əməliyyat zamanı iki silahlı öldürülüb

Bakı, 27 fevral, AZƏRTAC

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Mardan rayonunda keçirilən əməliyyatın gedişində iki silahlı şəxs öldürülüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Pakistan hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə səhər saatlarında Mərdan rayonunun Babozai şəhərində baş verib.
Silahlılarla atışma zamanı yüksəkrütbəli zabitin həlak olduğu və dörd polis əməkdaşının yaralandığı bildirilir.

Dünya 2024-02-27 14:53:00