×
A
A
A
Sazlamalar

Paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Bakı, 27 fevral, AZƏRTAC

Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakının Nərimanov rayonunda Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında yoxlama aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.
İşçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həmçinin üzərində etiket məlumatları qeyd edilməyən, kiflənmə əlamətləri müəyyən olunan məhsulların satışının həyata keçirildiyi aşkarlanıb. Həmin məhsullar satışdan kənarlaşdırılıb, sınaq məqsədilə məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Cəmiyyət 2024-02-27 14:50:00