×
A
A
A
Sazlamalar

“Cobra Gold” manevrlərinə 30-a yaxın ölkədən 10 min hərbçi qatılıb

Bakı, 27 fevral, AZƏRTAC

Tailandda Cənub-Şərqi Asiyanın ən böyük beynəlxalq hərbi təlimlərindən biri hesab edilən “Cobra Gold” manevrləri başlayıb.
AZƏRTAC xəbər verir ki, manevrlərdə ABŞ, Tailand, Sinqapur, İndoneziya, Yaponiya, Cənubi Koreya və Malayziya da daxil olmaqla, 30-a yaxın ölkənin 10 minə yaxın hərbçisi iştirak edir. Daha 20 ölkənin nümayəndələri isə təlimlərə müşahidəçi qismində qatılıb.
Manevrlər zamanı hərbçilər quru, dəniz və hava əməliyyatları vaxtında qarşılıqlı surətdə məşq edəcəklər. Bundan əlavə, aerokosmik və kibertəhlükələrə qarşı da təlimlərin keçirilməsi planlaşdırılır. Humanitar yardım bacarıqlarının inkişaf etdiriləcəyi əlavə təlimlərə Çin və Hindistanın da qatılacağı gözlənilir.
Qeyd edək ki, “Cobra Gold” manevrləri 1982-ci ildən bəri hər il mütəmadi olaraq Tailandda keçirilir.

 

Dünya 2024-02-27 14:44:00