ABŞ Serbiya şirkətlərinə sanksiya tətbiq edib
Belqrad, 27 fevral, AZƏRTAC
ABŞ Serbiyanın dörd şirkətini və iki şəxsi sanksiya siyahısına daxil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi məlumat yayıb.
Bildirilir ki, Serbiyanın həmin şirkətləri Rusiya ordusuna yardım edən ixrac həyata keçirir, müharibə səylərinə kömək edir. Bundan başqa, “Soha Info” şirkətinin rəhbəri Draqan Draqas və “Kominvex” şirkətinin sahibi Marko Svorcana da sanksiya tətbiq olunub. Bu iki şəxsin və onların şirkətlərinin Moskvanın hərbi-sənaye bazasını dəstəkləmək üçün Rusiya iqtisadiyyatının bir sektorunda fəaliyyət göstərdiyi bildirilib.
Özbəkistan 2030-cu ilə qədər “yaşıl enerji”nin payını 40 faizə çatdırmağı planlayır
Stokholmda 50-yə yaxın uşaq bağçası narkotik vasitələrin dövriyyəsi açıq olan ərazilərdə yerləşir
Donald Trampın andiçmə mərasimini təşkil edən komanda yaradılıb
Burkina-Fasoda ölüm cəzasının bərpası təklif edilib
Uşaqların dil öyrənmə mexanizmləri ilə bağlı yeni məlumatlar əldə olunub - ARAŞDIRMA