×
A
A
A
Sazlamalar

MDB dövlət başçılarının növbəti görüşü may ayında Aşqabadda keçiriləcək

Bakı, 27 fevral, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının növbəti görüşü cari il mayın 24-də Aşqabadda keçiriləcək.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə 2023-cü ilin yekunları, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və perspektivdəki digər məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, MDB dövlət başçılarının ötənilki görüşü oktyabr ayında Bişkekdə keçirilib.

Siyasət 2024-02-27 14:08:00