Rusiyada “Quran”ı yandıran şəxsə hökm oxunub
Moskva, 27 fevral, AZƏRTAC
Rusiyanın Qroznı şəhərinin məhkəməsi “Quran”ı yandırmaqda ittiham edilən Nikita Juravlyov adlı şəxsi 3,5 il həbs cəzasına məhkum edib.
AZƏRTAC xəbər verir ki, sözügedən şəxs 2023-cü ildə Volqoqrad şəhərindəki məscidin qarşısında “Quran”ı yandırarkən saxlanılıb. Sonradan onun barəsində açılan cinayət işi baxılması üçün RF Çeçen Respublikasının İstintaq komitəsinə göndərilib.
Nikita Juravlyov məhkəmə zamanı törətdiyi əməldən peşman olduğunu bildirib və üzr istəyib. O deyib: “Müsəlmanların heysiyyatına toxunan hərəkətimə görə onlardan üzr istəyirəm”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb
İsveçin Uppsala şəhərində yüzdən çox avtomobil toqquşub
İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub
Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik