Rüstəm Orucov: Avropa Cüdo Birliyində fəaliyyətimi davam etdirməyi düşünürəm
Bakı, 27 fevral, AZƏRTAC
“Bu vəzifə mənim üçün böyük məsuliyyətdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Latviyanın paytaxtı Riqa şəhərində veteran cüdoçular arasında keçirilmiş Avropa Kubokunda idman komissarı vəzifəsini icra edən Rüstəm Orucov Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Olimpiya mükafatçısı bildirib ki, gələcəkdə də Avropa Cüdo Birliyində fəaliyyətini davam etdirmək istəyir: “Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Riqada keçirilən turnir yüksək səviyyədə keçdi. Yenidən bu cür yarışlarda iştirak etməyi düşünürəm”.
Qeyd edək ki, yarış fevralın 24-25-də keçirilib.
Qonşu pillələrdə qərarlaşan komandaların duelində iki qol vurulub
İtaliya A Seriyası: “Atalanta” – “Yuventus” oyununda qalib müəyyənləşməyib
Premyer Liqa: “Mançester Siti” və “Çelsi” xal itirib
Bundesliqa: “Borussiya Dortmund” autsayderlərdən “Holştayn Kiel”ə məğlub olub