“Barselona” Dani Alvesin adını əfsanələr siyahısından çıxarıb
Bakı, 27 fevral, AZƏRTAC
İspaniyanın “Barselona” komandası sabiq futbolçusu Dani Alvesin adını əfsanələr siyahısından çıxarıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi təcavüz ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum olunan braziliyalı oyunçunun fotosunu klubun rəsmi saytından silib.
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü 2008-2016 və 2021-2022-ci illər mövsümündə "Barselona"da çıxış edib. O, İspaniya nəhənginin heyətində 6 dəfə La Liqanın, 4 dəfə Kral Kubokunun, 4 dəfə İspaniya Superkubokunun, 3 dəfə Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.
“Wimbledon” matçlarını rəqəmsal “xətt hakimləri” idarə edəcək
“Sabah”ın basketbolçusu Avropa Kubokunun tarixinə düşüb
Rafael Nadal karyerasını bitirəcəyini açıqlayıb
Estoniyalı yarımmüdafiəçi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir
Dünya çempionatı: Azərbaycan minifutbol millisi bürünc medal oyununa çıxacaq