×
A
A
A
Sazlamalar

Naxçıvanda faqot ifaçısı Ümüd Musayevin solo konserti olacaq

Naxçıvan, 27 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında faqot ifaçısı Ümüd Musayevin solo konserti olacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konsert Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr edilib. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiət etdiyi musiqili gecədə Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri təqdim olunacaq. Orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanovdur.
Ümüd Musayevi fortepianoda beynəlxalq müsabiqələr laureatı Aynur Abdullayeva və respublika müsabiqələr laureatı Nilufər Əliyeva müşayiət edəcəklər.

Regionlar 2024-02-27 12:58:00