Yurgen Klopp “Liverpul”un tarixinə düşüb
Bakı, 27 fevral, AZƏRTAC
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə klubunun tarixinə düşüb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin sükanı arxasında Liqa Kubokunu ikinci dəfə qazanan almaniyalı mütəxəssis bu titula birdən çox sahib çıxan üçüncü çalışdırıcı olub.
Daha əvvəl Jerar Ulye (2001, 2003) və Bob Peysli (1981, 1982, 1983) bu uğura imza atıb.
Qeyd edək ki, “Liverpul” əlavə vaxtda Vircil van Deykin vurduğu qolla “Çelsi”ni məğlub edərək tarixində 10-cu dəfə İngiltərə Liqa Kubokuna sahib çıxıb.
“Çempionların savaşı” şahmat turnirinin qalibi: Almaniyadakı yarışdan sonra bir az yorğunluq var idi
Mahir Məmmədov: Azərbaycan çempionları daim diqqətimizdədir
Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinə yekun vurulub
“Sərhəd” hərbi-idman oyununun final mərhələsinin iştirakçıları müəyyənləşib
“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirir