® “Birbank Biznes”lə biznes həyatınız rahat və sürətlidir
“Birbank Biznes” bizneslə məşğul olan şəxslərə rahat imkanlar yaratmaq üçün onlayn və sürətli xidmətlər təklif edir. Bu imkanlardan biri də bank qarantiyası məhsuluna aiddir.
Belə ki, müştərilər “Sürətli tender” üzrə qarantiya məktubunu “Birbank Biznes” vasitəsilə tam olaraq onlayn şəkildə ala bilərlər. Bu rəqəmsal xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, filiala gələrək vaxt itirməyə və kuratora, bank əməkdaşına müraciət etməyə ehtiyac yoxdur. Qarantiyanın ayrılması üçün biznes sahibləri “Birbank Biznes” vasitəsilə müraciət edə bilərlər. Müraciət ərizəsi isə avtomatik sistem vasitəsilə formalaşır. Daha sonra müştəri ərizəsini “ASAN imza” ilə təsdiq edərək, məktubu tam olaraq onlayn formada əldə edir.
“Birbank Biznes”in “Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0 faiz təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.
Qeyd edək ki, “Birbank Biznes”də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var:
- Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s.
- Sürətli tender
- Nağd təminatlı qarantiya
- “Biznes overdraft”
- Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə: faktorinq, satışın maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə
- Gömrük krediti
- Sürətli kredit
- Biznes ipoteka krediti
- Maliyyə lizinqi
- Ənənəvi kredit / Kredit xətti
Sahibkarlara vaxta qənaət etmək imkanı verən “Birbank Biznes” sistemi haqqında ətraflı məlumat üçün “https://birbank.business” saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.
® “Birbank” taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı
® “Unibank”ın “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub
Bakıda “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib
® “Bank of Baku”da əmanət faizi artaraq 11,5 faiz oldu
“Makroiqtisadi dayanıqlıq üzrə işçi qrupu”nun növbəti iclası keçirilib