Rusiyadan baxış: Paşinyanın indiki manipulyatorlarını Ermənistanın və onun xalqının taleyi maraqlandırmır
Bakı, 27 fevral, N.Məmmədova, AZƏRTAC
Ermənistanın baş naziri vəzifəsini tutan Nikol Paşinyan müstəqil siyasətçi deyil. Ümumiyyətlə, o, heç vaxt bu keyfiyyətə malik olmayıb və bir manipulyatordan digərinə doğru qaçmaqla məşğul olub. Onları isə Ermənistanın və onun xalqının taleyi maraqlandırmır. Bu səbəbdən Paşinyanın “yüngül davranışlı siyasətçi” kimi xarakterizə etmək olar. Rusiya lideri Vladimir Putinin sərt təbiri ilə desək, onu aşağı sosial məsuliyyətli personaj adlandırmaq mümkündür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsində son təxribat xarakterli bəyanatlarını şərh edərkən deyib. Ermənistan lideri xüsusi olaraq bildirib ki, hazırda Ermənistanla Azərbaycan arasında sülh “ağlasığmazdır”.
V.Arkovun sözlərinə görə, çoxdan vicdanını satıb onu yenidən bazara çıxaran Paşinyan son vaxtlar həmvətənlərinin həyatını da baha qiymətə satmağa çalışır. “O, ABŞ və Fransanın maraqları naminə səngərləri erməni əsgərlərinin və zorla səfərbər olunanların qanı ilə dolduraraq, onların meyitləri ilə döyüş meydanını qalaqlayaraq, apriori daha güclü Azərbaycana qarşı növbəti müharibəyə başlamağa hazırdır. Paşinyanın yalan danışması artıq adi hal alıb. O, hər kəsi və həmişə aldadır. Bundan əlavə, o, patoloji qorxaqdır və süni şəkildə yaradılmış parlaq tribuna obrazına baxmayaraq, qətiyyən polemik deyil. Ona görə də Azərbaycan lideri İlham Əliyevlə görüşləri zamanı özünün işğalçılıqla və Bakının aqressiv planları bağlı bütün yalanlarının həmkarı tərəfindən ağır arqumentlər ilə dəf ediləcəyini, özünün isə döyülən it kimi görünəcəyini anlayaraq, Paşinyan barışmaq və boş vədlər vermək taktikasını seçib”, - deyə agentliyin müsahibi qeyd edib.
Paşinyanın müstəqil siyasətçi olmadığı və erməni xalqının maraqlarını ifadə etmədiyi, habelə iki ağanın nökəri qismində Paris və Vaşinqtondan gələn komandaları yerinə yetirdiyi barədə fikirlərini təkrarlayan ekspert bildirib ki, Qərb üçün formal olaraq ümumi sözdə demokratiya dəyərlərinə rəğmən, sonuncuların hər birinin Cənubi Qafqazda öz maraqları var.
Siyasi analitik sonda deyib: “Həmçinin həm Fransanın, həm də ABŞ-ın Cənubi Qafqaz siyasəti “şahmat taxtasında” digər dünya siyasətindən korrelyasiya şəklində asılıdır. Məhz bu səbəbdən biz tez-tez Nikol Paşinyanın bir-birinə zidd olan qərar və bəyanatlarının şahidi oluruq”.
Yaşar Gülər: Qardaş Azərbaycanın yanında olduq və bundan sonra da belə olacaq
Hikmət Hacıyev: Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır