Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar VİDEO
Yardımlı, 27 fevral, AZƏRTAC
Lənkəran rayon sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov “VAZ 2106” markalı avtomobildə saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
V.Əhmədov və X.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qubada 16 dərəcə şaxta qeydə alınıb
Cəbrayılın balaca sakinlərinin qar sevinci FOTO
Güclü külək Göyçayda bəzi fəsadlara səbəb olub
Naxçıvanda küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq edilib