×
A
A
A
Sazlamalar

Şabranda silah-sursat tapılıb

Bakı, 27 fevral, AZƏRTAC

Şabran rayonunda silah-sursat aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd tapança, 3 ədəd patron darağı, 3 ədəd əl qumbarası və 70 ədəd güllə aşkar edərək götürüblər.
Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.

Cəmiyyət 2024-02-27 07:51:00