Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımından bəhs edən məqaləsi dərc olunub
Tbilisi, 26 fevral, AZƏRTAC
Gürcüstanın qafqazturk.com, kvira.ge, ghn.ge, aktual.ge, newposts.ge və realnews.ge informasiya portalları AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizovun “Müharibənin başa çatması və sülh müqaviləsi azərbaycanlılara qarşı soyqırımı törədənləri cinayət məsuliyyətindən azad etmir” adlı məqaləsini dərc ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə dərc olunan məqalədə Ermənistanın tarixən azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərdən, eləcə də Xocalı faciəsindən bəhs olunur.
Azərbaycan və gürcü dillərində dərc olunan məqalədə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərin xronologiyasına nəzər salınır, dahi şəxsiyyət, dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə atəşkəsə nail olunduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edildiyi və şəhidlərin qisasının alındığı bildirilir.
Qeyd olunur ki, müharibə başa çatsa da azərbaycanlılara qarşı ağır cinayətlər törətmiş ermənilər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Müharibənin başa çatması və sülh müqaviləsi onları cinayət məsuliyyətindən azad etmir.
Məqalədə, həmçinin Xocalı soyqırımına və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, terror və digər cinayətlərə görə Ermənistan rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün hüquqi bazanın mövcudluğu da diqqətə çatdırılır.
Bildirilir ki, əks halda Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO