Xocalı soyqırımı qurbanlarının xatirəsi region gəncləri tərəfindən anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar olaraq müxtəlif tədbirlər keçiriblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirlər region gənclərinin rayon ərazisindəki Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi ilə başlanıb. Gənclər vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq, onların əziz xatirəsini yad ediblər.
Daha sonra anım gününə həsr edilmiş görüşlər keçirilib. Tarixçilər və faciə şahidlərinin iştirak etdikləri görüşlərdə gənclərə Xocalı həqiqətləri çatdırılıb, erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçı, etnik təmizləmə siyasəti barədə geniş məlumat verilib, Xocalı soyqırımının miqyasına və amansızlığına görə müasir tarixin ən qanlı cinayətlərindən biri olduğu qeyd edilib.
Tədbirlərdə Xocalı soyqırımına həsr edilmiş “Fəryad”, “Ümid işığı”, “Bir millətin kədəri”, “Dolu”, “Xoca”, “Zamanın faciəsi”, “Qırmızı qar”, “Danışan fotolar”, “Böyüməyən uşaqlar” filmləri nümayiş olunub.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO