×
A
A
A
Sazlamalar

Əlcəzairdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Azərbaycanın Əlcəzairdəki səfirliyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə səfir Tural Rzayev, müşavir R. Bağırov, Əlcəzair-2 Universitetinin professoru, Əlcəzairdə Osmanlı irsinin araşdırma mərkəzinin rəhbəri Şakib Binhafri, Əlcəzair səhiyyənin təşviqi və tədqiqatların inkişafı üzrə Milli Qurumunun sədri Mustafa Xiyati, Təmənrasit bölgəsinin sabiq valisi, professor Rəzqi Sahravi, Mina Qurbanları üzrə Milli Assosiasiyanın prezidenti Muhamməd Cavadinin nümayəndəsi Feyza Muqran, “Əl-Hivar” qəzetinin xarici əlaqələr şöbəsinin müdiri N. Xittal çıxış ediblər.
Sonra “13” bədii-sənədli film nümayiş etdirilib, səfirlikdə Xocalı faciəsini əks etdirən fotoşəkillər iştirakçıların diqqətinə təqdim olunub.
Tədbirdə Əlcəzairin qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi-ictimai xadimlər, media nümayəndələri iştirak ediblər.
Əlcəzairin nüfuzlu “Əl-Hivar” qəzetində səfir Tural Rzayevin Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc edilib.

Xocalı faciəsi 2024-02-26 20:26:00