×
A
A
A
Sazlamalar

İtalyan senator: Beynəlxalq hüquq və ədalət naminə Xocalı soyqırımının yad olunması vacibdir

Roma, 26 fevral, AZƏRTAC

Beynəlxalq hüquq və ədalət naminə Xocalı faciəsi qurbanlarının yad olunması vacibdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurria deyib.
Xocalı soyqırımının acı nəticələrindən kədərləndiyini bildirən senator 32 il əvvəl törədilən bu dəhşətli faciənin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərdən biri olduğunu bildirib. O, beynəlxalq hüquq və ədalət naminə soyqırımı qurbanlarının xatirəsinin yad olunmasının vacibliyini qeyd edib, Xocalı faciəsinin inkar edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.
Senator Azərbaycan və Ermənistan xalqlarının faydalanacağı ədalətli və dayanıqlı sülhə nail olunmasının vacibliyini bildirib, regionda sülh və normallaşma istiqamətində göstərilən səylərə dəstəyini ifadə edib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xocalı faciəsi 2024-02-26 20:12:00