Xocalı soyqırımı qurbanlarının xatirəsi Stokholmda da anılıb
Stokholm, 26 fevral, Nərgiz Cəfərli, АZƏRTAC
Fevralın 26-da Stokholmda yerləşən Raul Vallenberq Memorialı qarşısında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu bildirərək İkinci Dünya müharibəsi zamanı çoxsaylı günahsız şəxsi Holokostdan xilas etmiş İsveç diplomatına həsr olunan meydanda anım tədbirinin keçirilməsinin rəmzi məna kəsb etdiyini bildirib.
O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin Xocalının azad edilməsindən sonra ilk dəfə baş tutduğunu və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün Xocalıda Soyqırımı memorialının təməlinin qoyulmasını tarixi hadisə olduğunu xüsusi vurğulayıb.
Səfir daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis edilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyasının Xocalı həqiqətlərinin dünyada tanıdılması yolunda müstəsna rol oynadığını və faciənin bu gün onlarca ölkə tərəfindən soyqırımı və insanlıq əleyhinə cinayət kimi qəbul olunduğunu xatırladıb.
Zaur Əhmədov diqqətə çatdırıb ki, bu gün Ermənistan həm Xocalı, həm də bu kimi digər qanlı cinayətlərinə görə məsuliyyətini etiraf etməlidir. Bu, çox vacibdir.
Sonda soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb və abidənin önünə əklil qoyulub.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO