Qazaxda soyqırımı qurbanları yad edilib
Qazax, 26 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da dərin hüznlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil məktəblərində, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, silsilə anım tədbirləri təşkil olunub.
Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, faciə qurbanlarına və şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
Saat 17:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO