İtaliyalı professor: Belə cinayətlərin yenidən yaşanmaması üçün Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməlidir
Roma, 26 fevral, AZƏRTAC
Bu cür soyqırımı cinayətlərinin yenidən yaşanmaması üçün Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsi vacibdir.
Bunu AZƏRTAC-a müsahibəsində İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri, professor Antonio Stanqo deyib.
O, Xocalı hadisələrinin beynəlxalq hüquqa, o cümlədən Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq soyqırımı cinayəti kimi tövsif edildiyini bildirib. Qeyd edib ki, Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin bir hissəsidir.
Professor dinc əhaliyə, eləcə də uşaqlara, qadınlara qarşı törədilən vəhşiliklərdən dəhşətə gəldiyini vurğulayıb. Bu cür cinayətlərin yenidən yaşanmaması üçün beynəlxalq hüquq və ədalət naminə Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini bildirib.
“Xocalıda yaşananlar heç vaxt unudulmayacaq, beynəlxalq ictimaiyyət bu dəhşətli faciəni hüzn və ağrı ilə daim xatırlayacaq”, - deyə o əlavə edib.
Xocalı soyqırımı - İnsanlıq tarixinin qanlı səhifəsi
Kubada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Zaltsburq şəhərində Xocalı qurbanlarına həsr olunmuş xatirə guşəsi yaradılıb