“Yeni tarixi mərhələ-yeni milli ideologiya” mövzusunda dəyirmi masa təşkil edilib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Yeni tarixi mərhələ-yeni milli ideologiya” mövzusunda dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyəti sədrinin müavini Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin andiçmə mərasimində milli ideologiya barədə qarşıya qoyduğu fikirlər barədə danışıb. Milli ideologiyanın Vətən müharibəsində Qələbəmizdəki yerinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayan deputat qeyd edib: “Azərbaycan çox mühüm bir mərhələni başa vurdu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu, Prezident İlham Əliyevin strateji baxışları, ordu-xalq-iqtidar birliyi sayəsində mümkün oldu”.
Digər çıxış edənlər - Milli Məclisin deputatları, politoloqlar, ictimai-siyasi xadimlər də dövlətimizin başçısının andiçmə mərasimindəki fikirlərinə istinad edərək mənəvi sərhədlərimizin qorunmasının önəmindən, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışıblar.
Vurğulanıb ki, milli-mənəvi kimlik hər bir xalqı güclü edir, dövlət siyasəti də milli ideologiyasız həyata keçirilmir.
Diqqətə çatdırılıb ki, təməli ideyanın olmaması ən azı ordu qədər dövləti zəif göstərən məfhumdur. Vətənə məhəbbət, azərbaycançılıq ideyası, milli-mənəvi dəyərlərin qorunması bundan sonra da qarşıda duran əsas vəzifələrdəndir.
Dəyirmi masa müzakirələrlə davam edib.
Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib
Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb
Sabahın hava proqnozu açıqlanıb