YAP nümayəndəsi Bolqarıstanın Haqq və Azadlıqlar Hərəkatı partiyasının qurultayında iştirak edib
Bakı, 26 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstanın Haqq və Azadlıqlar Hərəkatı partiyasının Sofiyada keçirilən 11-ci ümummilli qurultayında iştirak edib.
AZƏRTAC xəbər verir ki, ölkənin əsasən türk icmasını təmsil edən Haqq və Azadlıqlar Hərəkatının qurultayına Azərbaycan, Türkiyə, Şimali Kipr, Şimali Makedoniya, Albaniya və digər ölkələrdən olan hakim siyasi partiyaların nümayəndələri qatılıblar.
Qurultayda əvvəlcə partiyanın ötən dövrdəki fəaliyyətinə dair hesabatlar dinlənilib, daha sonra qonaqların təbrik çıxışları səsləndirilib.
Sonra Türkiyə Respublikasının Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın videomüraciəti nümayiş olunub.
Tədbirdə çıxış edən Rauf Əliyev Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin uğurlu inkişafından söz açıb. O, Türk dövlətlərinin aparıcı siyasi partiyaları, eləcə də müxtəlif ölkələrin türk icmalarını təmsil edən partiyalar ilə əlaqələrini genişləndirən YAP-ın Haqq və Azadlıqlar Hərəkatı ilə də münasibətlərinin inkişafında maraqlı olduğunu vurğulayıb.
Çıxışlardan sonra Haqq və Azadlıqlar Hərəkatının parlament fraksiyasının rəhbəri Delyan Peevski və Bolqarıstan Milli Məclisinin üzvü Cevdet Çakırov partiyanın sədri vəzifəsinə seçiliblər. Həmçinin Mərkəzi Şuranın və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
Həkim-fizioterapevt: Fiziki aktiv uşaqlar bütün sahələrdə daha yüksək nəticələr əldə edir
Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi: Böyük fəxarət hissi keçirirəm
Polis Nərimanovda əməliyyat keçirib, 11 kiloqram narkotik vasitə və 9 odlu silah aşkarlanıb VİDEO
Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul edib