Prezident: Bu gün Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir
Bakı, 26 fevral, AZƏRTAC
Bu gün biz buradayıq (Xocalı – red.), burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə ifadə edib.
Dövlətimizin başçısı, həmçinin diqqətə çatdırıb: “Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır”.
Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb