×
A
A
A
Sazlamalar

Energetika Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar energetika naziri Pərviz Şahbazov, nazirliyin və tabeli qurumların rəhbər heyəti və kollektivi Bakıdakı “Ana harayı” abidəsini ziyarət ediblər.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, rəhbərlik və əməkdaşlar abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini hörmət və ehtiramla anıblar.

Xocalı faciəsi 2024-02-26 14:39:00