Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edilib
Kiyev, 26 fevral, AZƏRTAC
Ukraynanın “Kyiv Diplomatic” saytında soydaşımız, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru professor Arif Quliyevin Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş məqaləsi yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Təqvimdə unudulmaz qara gün: Xocalı soyqırımının 32-ci ili” sərlövhəli məqalədə müəllif erməni ekstremistləri və millətçilərinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının ən dəhşətli kütləvi terror aktı kimi tarixə düşdüyünü yazıb. Bildirilir ki, 32 il keçməsinə baxmayaraq, Xocalı şəhərində erməni qəsbkarlarının törətdiyi qırğınların ağrısı sakitləşməyib.
Məqalədə Xocalı soyqırımının müxtəlif ölkələr, beynəlxalq təşkilatlar tərəfindən tanındığı diqqətə çatdırılıb.
Müəllif qeyd edir ki, insanlığa və bəşəriyyətə qarşı törətdiyi cinayətə görə Ermənistana qarşı indiyədək heç bir sanksiya tətbiq edilməyib.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO