×
A
A
A
Sazlamalar

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edilib, o cümlədən Xocalı rayonu da separatçılardan təmizlənib. Bu gün Xocalıda qürurla dalğalanan üçrəngli Bayrağımız haqq-ədalətin təntənəsini, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını nümayiş etdirir.
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Xocalı faciəsi 2024-02-26 14:27:00