Xalq artisti Tofiq Tağızadənin şəxsi arxiv fondu yaradılıb
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Tofiq Tağızadənin 105 illiyi münasibətilə şəxsi arxiv fondu yaradılıb.
AZƏRTAC xəbər verir ki, fonda görkəmli sənətkarın şəxsi fotosənədləri, diplom və fəxri fərmanları, qəzet və jurnal materialları daxil edilib.
Şəxsi arxiv fondunda yer alan sənədlər T.Tağızadənin kürəkəni, Əməkdar artist, aktyor Firdovsi Atakişiyev və digər kinematoqrafçılar tərəfindən təhvil verilib. Tofiq Tağızadə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və digər ekran əsərlərinin quruluşçu rejissoru olub.
Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Milli Kitabxanada “10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” adlı virtual sərgi təqdim olunub
Kitabxanada “Nəbi Xəzri - 100” adlı videoçarx hazırlanıb
Qarabağ xanlığının mədəni irsi Avstriya Milli Kitabxanasında təqdim edilib
Xalq şairi Nəbi Xəzrinin 100 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb