×
A
A
A
Sazlamalar

Ani başgicəllənmə halları insult əlaməti ola bilər

Bakı, 26 fevral, AZƏRTAC

Ani başgicəllənmə halları insult əlaməti ola bilər.
AZƏRTAC tanınmış nevroloq Hikmət Dolunun mövzu ilə bağlı mühüm araşdırmasını təqdim edir.
İnsult və ya iflic beyinə həyati qan və oksigen axınının birdən-birə kəsilməsi və ya azalması zamanı baş verən klinik vəziyyətdir. Bu vəziyyətdə beyin hüceyrələri bir neçə dəqiqə ərzində ölməyə başlayır. İnsultda müalicə böyük əhəmiyyət kəsb edir. Erkən müdaxilə beyin zədələnməsini, həmçinin digər riskləri azalda və ya qarşısını ala bilər. Beynin qan damarlarının daralması və ya tıxanması səbəbindən baş verən və beyində qan damarı yırtıldıqda baş verən iki insult növləri mövcuddur. Kişilərdə insultdan daha erkən ölüm ehtimalı qadınlara nisbətən daha çoxdur. İnsult keçirən insanın simptomlarının nə vaxt başladığına diqqət etmək çox vacibdir. Çünki bəzi müalicə üsulları insultdan dərhal sonra tətbiq edildikdə öz təsirini göstərər. Danışmaqda, dinləməkdə çətinlik yaşayan, üzdə, qolda və ya ayaqda iflic və uyuşma halları, gözlərdə qəfil bulanıqlıq və ya zəif görmə vəziyyəti yarana bilər. Buna görə də ani və mütəmadi baş verən baş gicəlləməsinə diqqət etmək lazımdır.
İnsult yarada biləcək risk faktorlarından xəbərdar olmaq, həkimin tövsiyələrinə qulaq asmaq və sağlam həyat tərzinə riayət etmək, hipertoniyaya nəzarət, xolesterin və doymuş yağların miqdarını azaltmaq, tütündən imtina, sağlam çəki saxlamaq, meyvə-tərəvəzlə zəngin pəhrizə riayət, müntəzəm idman, spirtli içkilərin istifadəsini məhdudlaşdırmaq və ya aradan qaldırmaq, diabetin idarə edilməsi insultdan qorunmağın əhəmiyyətli amilləridir.

Cəmiyyət 2024-02-26 05:14:00