×
A
A
A
Sazlamalar

“Liverpul” “Çelsi”ni məğlub edərək Liqa Kubokunun qalibi olub

Bakı, 25 fevral, AZƏRTAC

İngiltərə Liqa Kubokunun qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" komandaları üz-üzə gəliblər.
Əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşan matçın qalibi əlavə dəqiqələrdə müəyyənləşib. Görüşün 118-ci dəqiqəsində Mersisayd təmsilçisinə kuboku gətirən qolu Vircil Van Deyk vurub.
Bununla da "Liverpul" komandası tarixində 10-cu dəfə Liqa Kubokunun sahibi olub.

İdman 2024-02-25 22:45:00