Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı məğlub edərək liderliyini möhkəmləndirib
Bakı, 25 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bağlanış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 52-ci dəqiqədə Adama Diakabi və 83-cü dəqiqədə Yassin Benzia vurublar.
Bu nəticədən sonra xallarını 54-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Köhlən atlar”ın ən yaxın izləyicisi “Sumqayıt” isə 36 xalla ikincidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”yə 2:1, “Səbail” “Sabah”a 2:0, “Zirə” “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib, “Neftçi” isə “Turan Tovuz”la heç-heçə edib - 1:1.
Bundesliqanın 13-cü turunun açılış matçında "Volfsburq" səfərdə məğlub olub
Boccia üzrə respublika ikincisi: Ölkəmizi daha böyük arenalarda təmsil edəcəyimə inanıram
Ukrayna yığmasının baş məşqçisi: Azərbaycan millisinə qarşı səfərdə oynamaq çətin olacaq
Fernandu Santuş: İndi daha vacibi rəqibləri yaxından tanımaqdır
Arif Əsədov: Millimiz qrupda 2-3-cü yerlər uğrunda mübarizə apara bilər