Lerikdə "Toyota" markalı avtomobil çaya aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
Lerik, 25 fevral, İlkin Adıyev, AZƏRTAC
Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin - İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
14:39
Bu səhər Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun 50-ci kilometrliyində qeydə alınıb. Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi "Pikap" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb. Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir.
İlkin məlumata görə, hadisə yolun qarlı və buzlu olması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib