Bakıda voleybol üzrə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində və AVF-nın idman zalında təşkil olunan seminarda paytaxt və bölgələrdə çalışan 40-dan çox məşqçi və müəllim iştirak edib.
Nəzəri və praktik hissədən ibarət olan seminarın əsas eksperti, Atletika Federasiyasının baş məşqçisi Hakim İbrahimov, voleybol məşqçiləri Cengiz Akarçeşme, Şahin Çatma və Cahangir Abbasi öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Seminarda aşağı yaş qruplarında düzgün məşq prosesinin aparılma qaydaları, uşaqların fiziki hazırlığı üçün görülməli olan işlərdən danışılıb. Həmçinin seçimlər zamanı daha çox diqqət yetirilməli məqamlar haqqında da məlumat verilib.
Qeyd olunan məsələlərlə bağlı ilk olaraq nəzəri hissədə və daha sonra isə məşq prosesində ətraflı məlumat verilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Azərbaycan klubu amerikalı basketbolçu ilə müqavilə imzalayıb
“Neftçi” basketbol klubunun yeni baş məşqçisi: Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm
Arif Əsədov: “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Neftçi” ruhdan düşdü