Azərbaycan Premyer Liqası: “Səbail” “Sabah”a qalib gəlib
Bakı, 24 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında “Səbail” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş “Dənizçilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 52-ci dəqiqədə Aleksandr Ramalinqom açıb. Samir Abdullayev 90+2-ci dəqiqədə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Günün ilk oyununda “Turan Tovuz” və “Neftçi” qollu heç-heçə edib – 1:1.
Bu nəticədən sonra xallarını 34-ə çatdıran “Səbail” 4-cü pilləyə yüksəlib. “Sabah” isə 31 xalla yeddinci yerdə qərarlaşıb.
Ötən gün keçirilmiş açılış matçında “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.
Tura fevralın 25-də keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.
Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Avropa çempionatı: Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirib
Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir
Azərbaycanlı UEFA nümayəndəsi Avropa Liqasının oyununa təyinat alıb