×
A
A
A
Sazlamalar

Harri Potter haqqında serialın premyerası 2026-cı ildə olacaq

Bakı, 24 fevral, AZƏRTAC

Harri Potter haqqında televiziya serialı 2026-cı ildə “Max” striminq xidmətində debüt edəcək. Bu barədə “Warner Bros. Discovery” şirkətindən məlumat verilib.
AZƏRTAC xəbər verir ki, maliyyə müşavirəsi zamanı çıxış edən baş direktor Devid Zaslav 2026-cı ildə debüt edəcəyini bildirdiyi serialla bağlı narahatlığını ifadə edib.
D.Zaslav Harri Potter haqqında son filmin on ildən də çox əvvəl çəkildiyini qeyd edib və bu franşizanın daha da inkişaf edəcəyinə inandığını bildirib.
“On il ərzində yazılmış yeni hekayələri bütün dünyadakı pərəstişkarlarımızla bölüşmək üçün səbirsizliklə gözləyirik. Premyeranın 2026-cı ildə keçiriləcəyinə ümid edirik”, – deyə o bildirib.
Harri Potter haqqında serial 2021-ci ildən bəri hazırlıq mərhələsindədir və onun əvvəllər “HBO Max” adlanan, indi isə sadəcə “Max” kimi tanınan studiyada çəkiləcəyi bildirilir. “Warner Bros. Discovery” bu serial üçün 10 il vaxt ayırıb və o, tamamilə yeni aktyor heyəti ilə birgə Harri Potter haqqında yazılmış romanların “dəqiq adaptasiyası” olacaq. C.K.Roulinq serialın icraçı prodüseri kimi çıxış edəcək.

Dünya 2024-02-24 17:33:00