“Neftçi” “Turan Tovuz”la oyunda qələbəni əldən verib
Bakı, 24 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Neftçi” səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib – 1:1.
Hesabı 72-ci dəqiqədə paytaxt klubu açıb. Yeqor Boqomolski komandasını önə keçirib. Meydan sahiblərinin bərabərlik qoluna isə 88-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.
Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini qoruyub. 31 xalı olan “Turan Tovuz” isə 5-ci sıraya yüksəlib.
Günün ikinci oyunu “ASCO Arena”da “Səbail” və “Sabah” komandaları arasında olacaq. Görüş saat 17:30-da başlayacaq.
Qeyd edək ki, ötən gün keçirilmiş açılış matçında “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Tura fevralın 25-də keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.
Karlo Ançelotti "Real Madrid"i Braziliya millisinə dəyişir
Azərbaycan minifutbol millisi beynəlxalq turnirin qalibi olub
Kadetlər arasında zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli olub
Misli Premyer Liqası: "Qarabağ" bu gün Azərbaycan çempionu ola bilər