Azərbaycanın iki gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Bakı, 24 fevral, AZƏRTAC
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, tamblinq üzrə yarışda Azərbaycan millisinin iki üzvü finala vəsiqə qazanıb.
Bunlar Mixail Malkin və Adil Hacızadədir. Bu növdə yığmanın digər idmançıları - Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov, batut gimnastikası üzrə yarışda isə Selcan Mahmudova yarımfinalda mübarizəni dayandırıb.
Qeyd edək ki, Dünya Kubokuna fevralın 25-də yekun vurulacaq.
Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib
"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib