×
A
A
A
Sazlamalar

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakı, 24 fevral, AZƏRTAC

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

 

 

 

Ordu 2024-02-24 16:11:00

Video