×
A
A
A
Sazlamalar

Roma Papası səhhətindəki problem səbəbindən görüşlərini ləğv edib

Vatikan, 24 fevral, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindəki problemlə əlaqədar bütün görüşlərini ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Papa Fransisk qripə yoluxub, onun bütün görüş və tədbirləri ləğv olunub. Pontifikin bazar günləri keçirilən ənənəvi “Angelus” duasında iştirak edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, 87 yaşlı Fransisk indiyədək üç dəfə, bu il isə iki dəfə xəstəxanaya yerləşdirilib. O, kəskin və yoluxucu bronxit olduğunu bildirib. Ağciyər iltihabından əziyyət çəkən Roma Papası səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyib. Pontifik diz ağrısı səbəbindən isə bir müddətdir uzun səfərlər zamanı əlil arabasından istifadə edir.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan

Dünya 2024-02-24 16:10:00