×
A
A
A
Sazlamalar

La Liqanın prezidenti Mbappenin “Real Madrid”ə keçidini təsdiqləyib

Bakı, 24 fevral, AZƏRTAC

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappenin “Real Madrid”ə keçidini təsdiqləyib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, funksioner fransalı forvardın transferinin tamamlanmağa yaxın olduğunu bildirib.
Onun sözlərinə görə, 26 yaşlı hücumçunun keçidi İspaniya futbolunun və Madrid təmsilçisinin inkişafına müsbət təsir edəcək: “Onun “Real Madrid”ə keçmək ehtimalı 99 faizdir. Çünki PSJ-dən ayrılacaq. Bu, əla xəbərdir. Mbappe dünyanın ən yaxşı oyunçularından biridir”.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində 31 matçda iştirak edib, 32 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman 2024-02-24 15:55:00