Qazaxıstanda baş verən yanğında 4 uşaq ölüb
Bakı, 24 fevral, AZƏRTAC
Qazaxıstanın Karaqanda vilayətinin Taldı kəndində iki mənzilli evdə baş vermiş yanğın nəticəsində dörd azyaşlı uşaq həlak olub.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, rayonun fövqəladə hallar şöbəsindən verilən məlumata görə, yanğın zamanı ölən uşaqlar evdə tək olublar.
Yanğının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır, ekspertizalar təyin olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.
Qazaxıstanda AES ilə bağlı referendumda ilkin iştirak göstəriciləri açıqlanıb
İtaliyada “Boeing” üçün hissələr istehsal edən iki şirkətdə araşdırmalar aparılıb
Belqradda keçiriləcək “Expo 2027” sərgisinin loqosu olan təyyarə təqdim edilib
Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq