×
A
A
A
Sazlamalar

Gürcüstanın Ticarət-Sənaye Palatasının baş direktoru David Aptsiauridən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Prezident seçkiləri bütün mövcud ehtiyatları səfərbər edərək 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olan, ölkənin sabit və uğurlu inkişafı üçün zəruri şəraiti yaradan əsl lider kimi Sizə Azərbaycan xalqının yekdil dəstəyini əyani şəkildə nümayiş etdirdi.
Prezident seçkiləri zamanı Bakıya səfər etmək şərəfinə nail oldum və paytaxt sakinlərinin sevinclə, yüksək əhvali-ruhiyyə ilə və Azərbaycanın gələcək uğurlarına inamla səsvermədə iştirak etmələrinə, dövlətin möhkəmlənməsi, insanların rifahı üçün göstərdiyiniz xidmətlərə görə Sizə səmimi minnətdarlıqlarını bildirmələrinə şəxsən şahid oldum.
Sizə və gözəl ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycanın daha da inkişafı, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi, Gürcüstan ilə strateji, qardaşlıq münasibətlərinin dərinləşməsi üzrə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,

 

David Aptsiauri
Gürcüstanın Ticarət-Sənaye Palatasının baş direktoru,
fövqəladə və səlahiyyətli səfir, professor

Məktublar 2024-02-24 14:10:00