×
A
A
A
Sazlamalar

Rusiya millisinin məşqçisi: Lunyov “Qarabağ”da karyerasının ən yaxşı dövrünü yaşayır

Bakı, 24 fevral, AZƏRTAC

“Qarabağ”ın Avropa Liqasında qrupdan çıxması və daha da irəliləməsi Lunyovun böyük xidmətlərinin nəticəsidir”.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov "Qarabağ"ın qolkiperi Andrey Lunyovun cari mövsümdəki çıxışını şərh edərkən deyib.
63 yaşlı mütəxəssis bildirib ki, qolkiper bu vaxta kimi heç bir matçda kobud səhvə yol verməyib: “Hələ komandasının onun ucbatından xal itirdiyinə şahid olmamışam. Andreyin oyunu Ağdam klubuna Azərbaycan çempionatında və avrokuboklarda ancaq xal gətirir. Bu mövsüm Avropa Liqasında 37 seyv edib ki, bu da çox yüksək göstəricidir. Fikrimcə, Lunyov “Qarabağ”da karyerasının ən yaxşı dövrünü yaşayır”.
Qeyd edək ki, Andrey Lunyov bu mövsüm "Qarabağ"ın heyətində 22 oyun keçirib, 29 qol buraxıb, 7 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

 

İdman 2024-02-24 13:59:00