×
A
A
A
Sazlamalar

“Qəbələ”nin baş məşqçisi istefa verib

Bakı, 23 fevral, AZƏRTAC

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.
Bölgə təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.
2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulundan baş məşqçisi kimi çalışan E.Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib.
Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. E.Baxşıyev “Qəbələ”nin sükanı arxasında Azərbaycan Kubokunun qalibi olub.

 

İdman 2024-02-24 12:14:00