AMADA-nın nümayəndələri beynəlxalq elmi konfransda iştirak edəcəklər VİDEO
Quba, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri fevralın 27-29-da Ümumdünya Antidopinq Agentliyinin Fransanın Kann şəhərində təşkil edəcəyi beynəlxalq elmi konfransa qatılacaq.
Bu barədə AZƏRTAC-a AMADA-nın təhsil şöbəsinin əməkdaşı Qüdrət Səfərov məlumat verib.
O bildirib ki, tədbirdə ümumilikdə 140 ölkənin nümayəndəsi iştirak edəcək: “Burada əsas məqsəd idmançıları qadağan olunmuş qidalardan uzaq tutmaq və sağlam həyatı təbliğ etməkdir. Təhsildə olan yeniliklər dopinqə qarşı mübarizədə böyük önəm kəsb edir. Biz də öz üzərimizə düşən işləri görməyə çalışacağıq. Düşünürəm ki, bu cür tədbirlərin böyük faydası olacaq".
Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib
Lionel Messi karyerası ilə bağlı qərarını verib
“İnter” 11 il sonra A Seriyasında “Parma”nı evdə məğlub edib