×
A
A
A
Sazlamalar

Kaliforniyada avtomobil qəzası nəticəsində səkkiz nəfər ölüb

Bakı, 24 fevral, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının Madera qraflığında yol-nəqliyyat hadisəsi nəticəsində səkkiz nəfər ölüb.
AZƏRTAC ABC news teleradio kompaniyasına istinadla xəbər verir ki, Kaliforniya yol patrul xidmətinin məlumatına görə, hadisə “Chevrolet” markalı pikapla mikroavtobusun toqquşması nəticəsində baş verib.
İlkin araşdırmalara görə, qəza zamanı həlak olanlardan üçü Meksika vətəndaşıdır. Polis mikroavtobusda olan sərnişinlərin çoxunun təhlükəsizlik kəmərini bağlamadığını bildirib.
Hadisə ilə əlaqədar araşdırma davam edir.

 

Dünya 2024-02-24 10:24:00