“Intel” şirkəti “Microsoft” üçün prosessor istehsalına başlayacaq
Bakı, 24 fevral, AZƏRTAC
ABŞ-nin “Intel” və “Microsoft” şirkətləri müasir prosessorlar istehsal etmək üçün razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Yarımkeçirici avadanlıqların istehsalını “Intel Foundry”-nin törəmə şirkəti həyata keçirəcək. Çiplərin “Intel 18A” texniki prosesindən istifadə edilməklə istehsal ediləcəyi bildirilir. Prosessorların istehsalı ilə bağlı sifarişin məbləği 15 milyard dollar təşkil edib.
"Biz hər bir fərdi təşkilatın və bütün sənaye sahəsinin məhsuldarlığını əsaslı şəkildə dəyişdirəcək maraqlı platformaya keçidin ortasındayıq", - deyə “Microsoft”un baş direktoru Satya Nadella bildirib. Onun sözlərinə görə, bu səbəbdən şirkətə onu yeni nəsil prosessorlarla təmin edəcək güclü tərəfdaş lazım idi.
Almaniya Kansleri Türkiyənin Ukrayna məsələsində səylərini təqdir edib
UNICEF: Şərqi Asiya və Sakit okeanda havanın çirklənməsi hər gün 100 uşağın ölümünə səbəb olur
Braziliyada daşqınlar və torpaq sürüşmələri nəticəsində yeddi nəfər ölüb
Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
İsveç hökuməti su ekosistemlərinin mühafizəsi proqramına ayrılan maliyyə vəsaitini azaldıb