Türkmənistanda “Azərbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə Aşqabadda “Azərbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkmənistanda akkreditə olunmuş bir sıra xarici diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, eləcə də ictimaiyyət təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçılarına və qonaqlara milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdim edilib, Azərbaycanın milli musiqi nümunələri səsləndirilib və rəqs nömrələri nümayiş olunub. Bununla yanaşı, Azərbaycanı tərənnüm edən videoçarx göstərilib.
Eyni zamanda, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti və incəsənətini səciyyələndirən suvenirlər və Azərbaycan istehsalı olan məhsulları təqdim edilib.
Azərbaycanla bağlı müsabiqə keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub
Akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə hazırlanmış vəsait istifadəçilərə təqdim olunub
Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub
“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub